• $
  • €
  • ₽
  • ₺
  • £

Su sayğacları xarab olanlara ŞAD XƏBƏR

Su sayğacları xarab olanlara ŞAD XƏBƏR
18.10.2016 15:00
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" adlı elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.

Milli.Az xəbər verir ki, artıq istehlakçılar su sayğacının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi üçün "e-gov.az" portalı üzərindən rəsmi formada elektron müraciət edə biləcəklər.

Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə "Elektron hökumət" portalında təqdim edilən autentifikasiya vasitələrindən biri ilə portaldan qeydiyyatdan keçməlidir.

Sonra isə abonent "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi xidmətlər içərisindən "Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti" adlı xidməti seçməli, təqdim edilən pəncərədə abonent kodunu daxil etməli və "Davam et" düyməsini seçməlidir.

Abonent kodu daxil edildikdə məlumat bazasında kodun mövcudluğu yoxlanır və daxil edilən koda uyğun abonent məlumatları ekranda göstərilir. Kod bazada mövcud olmadığı təqdirdə ekranda "Daxil edilən kod düzğün deyil" xəbərdarlığı göstərilir.

Müraciətin qeydiyyata alınması üçün isə vətəndaş açılan pəncərədə aşağıdakı məlumatları daxil etməlidir: müraciətin səbəbi, əlaqə yaratmaq üçün telefon və email ünvanı, müraciətlə bağlı açıqlama və əlavə qeydlər.

Məlumatlar daxil edildikdən sonra "Müraciət et" düyməsi sıxılır və ekranda "Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik" məlumatı qeyd edilir.

Müraciət qeydiyyata alındıqdan sonra 15 iş günü ərzində abonentin ünvanında Sukanal idarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol