• $
  • €
  • ₽
  • ₺
  • £

Sızanaqlardan təbii yollarla xilas olmağın YOLLARI

Sızanaqlardan təbii yollarla xilas olmağın YOLLARI
19.10.2016 00:25
Gün ərzində bir çox toz və müxtəlif bakteriyalar dəiyə yapışır və dəri təmizlənmədikdə tüklərin dib hissəsində iltihabi proseslərin əmələ gəlməsinə səbəb olur. Bəzən isə bakteriyalar yağ hüceyrələri ilə birləşib dəridə qara nöqtələrin əmələ gəlməsinə səbəb olurlar. Sızanaqların əmələ gəlməsinə hormonal pozğunluqlar, stress, yağlı və qeyri normal qidalanma da səbəb ola bilir.

Bəs sızanaqlardan təbii yollarla necə xilas olmaq olar sualını, 5 möcüzəli formul sizlərə cavablandıracaq.

1. Pomidor suyu və bal.

ANN.Az immunitet.az-a istinadən bildirir ki, hər ikisinin tərkibində olan likopen və antioksidant maddələr dəridə olan bakteriyaların düşmənidir. Bu möcüzəli təbiət nemətlərinin tərkibində saf meyvə turşusu olduğuna görə onların qarışımından istifadə etdikdə sızanaqların əmələ gəlməsinin qarşısını alınır və dəridə olan sızanaqlar sağalır.
*Bunun üçün bir pomidor rəndələnir və üzərinə 1 çay qaşığı təmiz bal əlavə edilir. Bu qarışım hər gün üzün dərisinə sürtülür və 20 dəqiqə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Qarışım 2 gündən bir təzə hazırlanmalıdır.

2. Limon və yumurta ağı.
C vitamini ilə zəngin olan limon dərinin yağ mübadiləsini normallaşdırmaq qabiliyyətinə malikdir. Limon suyu ilə yumurta ağını qarışdırıb üzə sürtdükdə isə dəri həm sızanaqlarda xilas olur, həm də onların əmələ gəlməsinin qarşısını alınır.
*Bunun üçün bir limonun suyuna bir yumurtanın ağı qarışdırılır və dəriyə sürtülür. Bir müddət sonra dəridə gərginləşmə hiss olunacaq. Maska dəridə tam quruduqdan 10 dəqidə sonra çənədən alına doğru soyularaq çıxardılır.

3. Xiyar və süd.
Xiyar və süddən hazırlanan qatışımdan, dəri təmizləyici tonik kimi istifadə etmək mümkündür.
*Bunun üçün bir xiyar rəndələnir və suyu süzülür və ona həmin miqdarda süd əlavə olunur. Qarışım dəriyə gündə 2 dəfə səhər və axşam sürtülür və ilıq su ilə yuyulur.

4. Alma sirkəsi.
Alma sirkəsi sızanaqlarla mübarizədə ən yaxşı müalicə vasitələrindən hesab olunur.  O təbii antibiotikdir və iltihabı proseslərin aradan qalxmasında rolu böyükdür.
*Toksin əlehinə də təsirə malik olan alma sirkəsi pambığa batırılıb sızanaqların üstünə sürtüldükdə sızanaqlar sağalır.

5. Kivi, çiyələk, aloe, portağal və zeytun yağı
Adı çəkilən meyvələrdən hansının mövsümüdürsə blenderdə püre şəklinə salınıb, özü miqdarda zeytun yağı ilə qarışdırılır.
* Dəri təmizləndikdən sonra qarışım göz çevrəsindən başqa dəri nahiyələrinə sürtülür və 20-25 dəqiqə sonra ilıq su ilə yuyulur.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol