• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil telefonun VÜCUDA İNANILMAZ ZİYANI - FOTOLAR

Mobil telefonun VÜCUDA İNANILMAZ ZİYANI - FOTOLAR
24.10.2016 23:38
Siz elə indi "facebook"da dostlarınızın yeni foto və statuslarını nəzərdən keçirirsiniz? Yaxud da dostunuzla sadəcə məktublaşırsınız? Onda sizə bəd xəbərimiz var.

ANN.Az publika.az-a istinadən bildirir ki, telefonda, internetdə daha çox vaxt keçirən insanların qozbelə çevrilmək ehtimalı daha çoxdur. Odur ki, qədd-qamətiniz barədə düşünməyə dəyər. Əgər siz səhv oturur və ya düzgün dayanmırsınızsa, bu halda bilmədən onurğa sütununu 27 kiloqramadək yükləmiş olursunuz.

Bu gün insanlar orta hesabla gündə təxminən dörd saat mobil telefondan istifadə edir. Bəzi hallarda bu rəqəm hətta ona kimi qalxa bilər. Telefondan istifadə zamanı səhv dayanmaq və oturmaq onurğa sütununda kifayət qədər ciddi zərərlərə gətirib çıxara bilər. Adamın başının çəkisi orta hesabla 10-12 kq-dır, bu isə o deməkdir ki, onurğa sütunu yüklənib və o, daim fəaliyyət göstərir. Əlbəttə ki, siz başınızı aşağı əyməmisinizsə. Məsələ ondadır ki, başınızı aşağı sallayaraq onurğa sütununun yükünü artırmış olursunuz.

Son tədqiqatların nəticələri göstərir ki, əgər siz cəmi 15 dərəcə başınızı əysəniz, onurğa sütununun yükünü 12 kiloqramadək artırarsınız, əgər 30 maillik dərəcə təşkil edərsə, yük 20 kq-a qədər, 45 dərəcədə 22 kq-dək, 60 dərəcə maillikdə olduqda isə yük 27 kq-dək artacaq. Ən acınacaqlısı odur ki, insanların əksəriyyəti telefondan istifadə zamanı başını 60 dərəcə altında saxlayır. Sözsüz ki, bütün bunlar kifayət qədər ağır fəsadlara gətirib çıxarır.

Odur ki, bu andan etibarən telefonda hər hansı mətn oxuyarkən son dərəcə diqqətli olun, başınızı çox aşağı əyməyin, qaməti isə düz saxlayın. Bütün yükün onurğa sütununa düşməməsi üçün telefonu maksimum yuxarıda tutmağa çalışın.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol