20 avtobus yolda qaldı - Bakıda

Bu gün səhərdən yağan yağış Bakıda yenə fəsadlara səbəb olub.
1news.az-ın verdiyi məlumata görə, Binəqədi şossesində 20 avtobus mühərrikə su düşməsi üzündən yolda qalıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova-Məmmədova nəşrə bildirib ki, hazırda həmin problemin aradan qaldırılması üçün iş gedir.// virtualaz.org
www.ann.az
























