• $
  • €
  • ₽
  • ₺
  • £

Daşqınlar ola bilər - Azərbaycanda

Daşqınlar ola bilər -  Azərbaycanda
27.10.2016 17:04
Respublikaya şimal-qərbdən daxil olan rütubətli hava kütləsinin ölkə ərazisində hakim mövqe tutması və yağıntı mövsümünün uzun müddət davam etməsi əksər çaylarda gursululuğun yaranmasına səbəb olub.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib: "Bu, həm Böyük Qafqaz, həm Kiçik Qafqaz, həm də Talış dağlarının çaylarına aiddir. Bəzi çaylarda isə bu gursululuq daşqın həddinə çatır. Hazırda daşqına keçən yüksək gursululuq Göyçayda, Girdimançayda, Dəmiraparançayda, Kişçayda, həmçinin Böyük Qafqazın şimal-şərq yamacı çaylarında - Qusarçayda, Qudyalçayda, Maralçay, Vəlvələçayda müşahidə edilir. Gursululuq Lənkəran zonasının çaylarında da müşahidə edilir".

E.Əlizadə bildirib ki, əksər çaylarda gursululuğun daşqın həddinə çatmasının səbəbi həm çaylarda su sərfinin artması, həm də çay yatağının əvvəlki gətirmələrlə dolması və çayların suburaxma qabiliyyətinin xeyli azalmasıdır. Kiçik çaylarda baş verən daşqınlar isə daha çox həmin çay dərələlərinin müxtəlif məişət tullantıları ilə dolması, bəzən isə suötürücü kanalların və arxların uzun müddət təmizlənməməsi ilə bağlıdır.

E.Əlizadə deyib ki, hazırda Kür, Araz çaylarında sululuq nisbətən artsa da, gursululuq daha çox dağ çaylarında müşahidə olunur: "Çünki Kür və Araz çaylarının daha çox su topladığı Türkiyədə, İranda elə də çox yağıntı müşahidə edilmir".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol