• $
  • €
  • ₽
  • ₺
  • £

İzmirdə Xocalı parkı açıldı

İzmirdə Xocalı parkı açıldı
04.11.2016 19:51
Türkiyənin İzmir şəhərində Karabağlar Bələdiyyəsinin Salih Omurtak məhəlləsində "Azərbaycan Qarabağ Xocalı parkı” açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, parkın açılışı Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının təşəbbüsü və təşkilatçılığı baş tutub. Mərasimində Karabağlar bələdiyyəsinin nümayəndələri, Azərbaycan və digər türk diaspor təşkilatlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının üzvləri, yerli ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının sədri İsa Ambarcı qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq məqsədilə Xocalı parkının açılması ilə bağlı faəliyyətə bir il əvvəl başlanılıb. Federasiyaya daxil olan Azərbaycan, Krım, Ahıska, Uygur, Kərkük dərnəkləri ilə yanaşı, İzmir İğdırlılar Federasiyası, Azərbaycanlı Qadınlar Dərnəyi, İzmir Azərbaycan Kültür Dərnəyi, Qars, Ərdahan, İğdırdan olan iş adamları, Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi və başqaları könüllü şəkildə prosesə qoşularaq böyük dəstək göstəriblər. İsa Ambarçı bütün bu təşklatlara, həmçinin açılışdan bir gün əvvəl təşkilatın ofisini ziyarət etmiş Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyevə və Karabağlar Bələdiyyəsinin sədri Mühittin Selvitopluya göstərilən dəstəyə görə təşəkkür edib.

2017-ci il fevralın 26-da parkın ərazisində Xocalı abidəsinin açılışı da nəzərdə tutulub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol