• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdə səhv öyrədilən 5 MİFİK MƏLUMAT

Məktəbdə səhv öyrədilən 5 MİFİK MƏLUMAT
06.11.2016 21:39
Uşaq vaxtı bizə öyrədilən şeylərin bir çoxu həqiqəti özündə əks etdirmir. 

1. Napoleon və boyu.

Qısaboylu olduğu hər kəs tərəfindən düşünülən Napoleonun boyu əslində 1.68 sm olub. Bizə isə bu rəqəm 1.50-1.58 arasında öyrədilib. Əslində normal boyu olan Napoleonun müasir liderlərlərlə müqayisəli şəklindən də gördüyünüz kimi, bu "fakt" həqiqəti əks etdirmir.

2. Qırmızı rəng və öküzlər.

Bizə öyrədilənin əksi olaraq, öküzlər qırmızı rəngə heç də həssas deyillər. Çünki onların ümümiyyətlə rəngseçmə qabiliyyətləri yoxdur. Yəni, bizə illərdir deyilən bu şey mifdən başqa bir şey deyil. Öküzləri bu döyüşlər zamanı ən çox əsəbləşdirən şey isə məhz matadorların əllərində tutduqları obyektləri təkrar-təkrar tərpətməsidir. Bir daha vurğulayırıq ki, öküzün qırmızı rəngə hücum etməsiylə bağlı olan inanc tamamilə səhvdir. Korrida zamanı qırmızı rəngin istifadəsi tamamilə tamaşaçıların diqqətini cəlb etməyə hesablanmışdır. Öküzlər isə cuşa gəlmiş tamaşaçıların gurultularından və matadorların hərəkətlərindən coşmağa başlayırlar.

3. Beynimizi nə qədərini işləkdir?

Tez-tez bizə deyilirdi ki, guya biz beynimizin ancaq 10 faizindən istifadə edirik, qalan 90 faizin potensialını isə dəyərləndirə bilmirik. Artıq bu sahədə mütəxəssis olan bir çox dünya alimləri də bunun uydurma bir fakt olduğunu təsdiqləyir. Əslində beynimizin böyük bir hissəsini daima aktiv şəkildədir və biz beynimizdən bütövlüklə istifadə edirik. 

4. Çin Səddini Kosmosdan görmək olurmu?

Bəli, bəli! Bu da kosmik miflərdən biridir. Bizə deyilənə görə, Çin səddini kosmodan çılpaq gözlə müşahidə etmək mümkündür. Əslində isə bu tamamilə ağ yalandır. Çin səddi kosmosdan ancaq bir radar vasitəsilə görülə bilər.

5. Kristofor Kolumb əslində kim idi?

Biz onu yeni dünya kəşf edən qəhrəman olaraq tanımışıq. Əslində isə Kolumb çox varlı bir kölə taciridi olub. Telegraph bu barədə yazır: 

"Kolumb kişi, qadın və uşaqları İspaniyaya aparmaq üçün yola çıxmış və onları eyni sirk heyvanları kimu  köləyə çevirmişdi. İnsanların çoxu bu səyahət əsnasında tələf olmuş və qalanları da növbəti 6 ay ərzində həlak olublar."

Bir sözlə, Kolumb bizə məktəbdə deyildiyi kimi, yeni dünya tapan əsrarəngiz səyyah yox, insanları qula çevirmək üçün dünyanı gəzən bir cinayətkar olub. //Pahoo.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol