• $
  • €
  • ₽
  • ₺
  • £

Tənbəl bağırsaq sindromu - SƏBƏBLƏR

Tənbəl bağırsaq sindromu - SƏBƏBLƏR
06.11.2016 23:02
Bu sindrom zamanı yoğun bağırsağın yığılma qabiliyyəti pozulur və ya bağırsağın həssaslığı itir ki, nəticədə bağırsaq burada nəcisin yığılmasına reaksiya vermir.

Tənbəl bağırsaq sindromu xroniki qəbizliyə səbəb olur.

Tənbəl bağırsaq sindromu zamanı qəbizlik uzunmüddətli, daimi olur, insanda nəcis ifraz etmək istəyi yaranmır. Bəzən uzunmüddətli qəbizliyə baxmayaraq xəstə qarnında heç bir diskomfort hiss etmir. Bəzən isə qarında ağrılar, sıxılmalar, köp olur. Bu sindrom mütləq müalicə olunmalıdır.
 
Xəstə vaxt itirmədən həkimə müraciət etməlidir. Nəcis kütləsi bağırsaqlarda uzun müddət ərzində qaldıqda, bu orqanizmin zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Xroniki intoksikasiya isə müxtəlif dəri, allergik xəstəliklərinə, baş ağrılarına, qara ciyər fəaliyyətinin pozulmalarına və s. ciddi pozulmalara səbəb olur.

Tənbəl bağırsaq sindromu əsasən yaşlı, zəiflənmiş insanlarda, yataq xəstələrində inkişaf edir. Yaşlı insanlarda, yataq xəstələrində orqanizmin ümumi tonusu azalır ki, nəticədə bağırsaq əzələləri də zəifləyir və bu da tənbəl bağırsaq sindromuna səbəb olur.

Lakin bəzən bu sindrom cavan insanlarda da inkişaf edə bilər. Bunu səbəbləri arasında:

- bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (məsələn, depressiya əleyhinə, ishal əleyhinə və s.)

- uzun müddət ərzində imalədən istifadə edilməsi və ya işlətmə dərmanların qəbulu. Bu vasitələr bağırsağı daha da "tənbəlləşdirir".

- qalxanvari vəzinin fəaliyyətinin pozulması (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi)

- bəzi bağırsaq xəstəlikləri və s.

Həmçinin, insan uzun müddət ərzində müxtəlif səbəblərə defekasiyanı saxlayırsa, bu da tənbəl bağırsaq sindromuna səbəb ola bilər.

Tənbəl bağırsaq sindromunun müalicəsi üçün ilk növbədə bunun səbəbini araşdırmaq və aradan qaldırmaq lazımdır.

Müalicənin əvvəlində şamlar, imalələr istifadə oluna bilər. Daha sonra xəstəyə xüsusi müalicə, pəhriz, fiziki tərbiyə təyin olunur. Xəstə tez-tez meyvə-tərəvəz, göyərtilər, sıyıqlar (xüsusilə yulaf yarması sıyığı) yeməli, kifayət qədər təmiz su içməlidir. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol