• $
  • €
  • ₽
  • ₺
  • £

"Yol polisi sürücünü döyməyib" - DYP-dən AÇIQLAMA

"Yol polisi sürücünü döyməyib" - DYP-dən AÇIQLAMA
10.11.2016 15:23
DYP Bakıda yol polisinin sürücünü döyməsi ilə bağlı məlumata aydınlıq gətirib.

ANN.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AzVision.az-a açıqlamasında sürücünün döyülməs haqda xəbərin yalnış olduğunu deyib. 

DYP rəsmisi bildirib ki, gecə saat 2 radələrində Binə qəsəbəsində Mirzəyev Elşən Şirinbəy oğlunun idarə etdiyi "Ford" markalı mikroavtobus Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb: "Həmin zaman sürücünün yanında əyləşən şəxs - qardaşı Mirzəyev Rahim Şirinbəy oğlu yol polisi əməkdaşının fəaliyyətinə maneə yaradıb. Həmin şəxs yol polisi əməkdaşlarına müqavimət göstərib. Bununla əlaqədar olaraq vətəndaş Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsinə dəvət edilib. Onun hərəkətləri polisin fəaliyyətinə müdaxilə olduğu üçün sənədləşdirilib. Bundan sonra onlar sərbəst buraxılıblar. Həmin hadisədə sürücünün döyülməsindən söhbət gedə bilməz. Bu cür informasiya polis əməkdaşlarının fəaliyyətinə kölgə salmaqdır. Həmin şəxslərin özləri ilə də əlaqə saxlamışam, onlar da belə bir hadisənin baş vermədiyini deyiblər. Bu cür informasiyalar polis-vətəndaş münasibətlərini gərginləşdirməkdir”.

Qeyd edək ki, sürücünün döyülməsi ilə bağlı məlumatı report.az agentliyi yayıb. Xəbərə görə, Bakı-Masallı istiqamətində hərəkət edən 99 DC 866 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobus yol polisinin "Saxla" əmrinə tabe olaraq hərəkətini dayandırıb. Mikroavtobusun sürücüsü 1985-ci il təvəllüdlü Mirzəyev Elşən Şirinbəy oğlunun dediyinə görə, o, sənədləri yol polisinə təqdim edib. Məlum olub ki, mikroavtobusun sürücüsü üç ay əvvəl 200 manat məbləğində cərimə edilib. Buna görə maşının üzərinə həbs qoyulub. Polis əməkdaşları mikroavtobusu "Cərimə meydançası"na aparmaq istəyib. Buna etiraz edən sürücü E.Mirzəyev ilə Xəzər Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus 99 YP 240 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) xidməti avtomobilində əyləşən polis əməkdaşları arasında mübahisə yaranıb, sonra isə dava düşüb. 

Nəticədə sürücü E.Mirzəyev döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. E.Mirzəyevə məxsus mikroavtobus isə "Cərimə meydançası"na aparılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol