• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gecə möhtəşəm hadisə olacaq

Bu gecə möhtəşəm hadisə olacaq
13.11.2016 14:01

Noyabrın 14-də Ay son 68 ildə ilk dəfə Yerə çox yaxın məsafədə olacaq.


Bunu publika.az-a açıqlamasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai deyib.


O bildirib ki, Ayın Yerə yaxınlaşması dövri olaraq baş verən haldır, lakin hər dəfə fərqli məsafələrdə yaxınlaşmış olur: "Ayın 13-dən 14-nə keçən gecə Ay mövcud ölçüsündən 14% daha böyük görünəcək. Parlaqlığı isə 30% artacaq. Ay Yerin ətrafında ellips üzrə hərəkət edir. Bu zaman Yerə ən yaxın və ən uzaq məsafələrdə ola bilir. Bu dəfə ən yaxın məsafədə olacaq və "Super Ay" olacaq. Sonuncu dəfə belə hadisə 1948-ci ildə baş verib. Bu hadisənin təkrarı dekabrın 14-15-də müşahidə ediləcək. Bu, həqiqətən də çox cəzbedici mənzərə və maraqlı olacaq. Hava buludlu olmazsa, Azərbaycanda bunu adi gözlə müşahidə etmək olacaq".


Ə.Ətai bildirib ki, 18 ildə bir dəfə bu hal müşahidə edilsə də, bu əvvəlkilər fərqlənəcək: "Ayla Yer arasındakı məsafə 384-400 min kilometr arasında dəyişir. Bu dəfə Ayla Yer arasında məsafə 40 min kilometrə qədər azalmış olacaq".

Ə.Ətai ayda baş verən bu halların sonradan Yerdə okeanlarda qabarmalar, zəlzələlərə səbəb olmasına da toxundu: "Adətən, belə məqamda okeanlarda qabarmalar artır. Bu qabarma əvvəlkilərdən daha böyük olacaq, dalğanın hündürlüyü 16 metrdən çox olacaq. Çünki qarşılıqlı cazibə qüvvəsi 10% artmış olacaq. Zəlzələyə gəldikdə, bu, yalnız rezonans təşkil edə bilər. Əgər hər hansı hadisə hazırlanırsa, bu hadisə təkan ola bilər. Hər şey qaydasındadırsa, heç bir təsir olmayacaq".



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol