• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda bir kənd torpağın altında qala bilər - TƏHLÜKƏ

İsmayıllıda bir kənd torpağın altında qala bilər - TƏHLÜKƏ
15.11.2016 13:58
Son bir ayda İsmayıllıya yağıntının normadan artıq düşməsi səbəbindən rayonun Sədiyyan və İstisu kəndlərində torpaq sürüşməsi yenidən aktivləşib.

İstisu kənd sakinləri APA-ya bildiriblər ki, torpaq sürüşməsi kəndi üç tərəfdən əhatə edən dağ yamacında baş verir. Hazırda sürüşmə ərazisi genişlənərək evlər üçün də təhlükəli vəziyyət yaradıb.
 
Sakinlərdən Həmzə Musayev və Ziyad Əzizovun sözlərinə görə, indiyədək bu ərazilərdə torpaq sürüşməsi qeydə alınmayıb. Torpaq sürüşməsinin İstisu kəndinin şimalındakı dağlıq ərazidə aktivləşməsi sakinləri daha çox narahat edir. Hazırda torpaq sürüşməsi davam edir və getdikcə ərazisi genişlənir.
 
Sakinlərin həyətyanı sahələrində və meyvə bağlarında böyük yarğanlar əmələ gəlib, yeraltı sular üzə çıxıb. Kənddəki evlərin bir çoxunun torpaq altında qalmaq təhlükəsi olduğundan insanlar təşvişə düşüblər. Hazırda kəndin 3 tərəfindəki dağ yamacında torpaq sürüşməsi davam edir və torpaq axını tədricən çökək ərazidəki evlərə doğru hərəkət edir. 
 
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayevin sözlərinə görə, son illər İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin birgə rəyindən sonra həmin evlərdə yaşayanların təhlükəsiz əraziyə köçürülməsi barədə qərar qəbul edilib: "Sürüşmə zonasında yerləşən 184 evdən 81-i tam qəzalı vəziyyətdədir, həmin evlərdən 7-si isə tamamilə dağılıb, 103 evin divarlarında isə iri çatlar əmələ gəldiyi üçün yaşayış üçün təhlükəlidir".
 
Rövşən Ağayevin sözlərinə görə, yaşayış üçün yararsız olan bir neçə evin sahibinə kompensasiya ödənilib. Bir ev tikilərək sahibinə verilib və ötən ildən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 yeni evin inşasına başlanılıb. Həmin evlərin tikintisi yekunlaşmaq üzrədir. Digər qəzalı evlərin sahibləri üçün yeni mənzillərin tikintisinə qərar verildikdə işlərə başlanılacaq. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol