• $
  • €
  • ₽
  • ₺
  • £

Güzəştli mənzilləri kimlər və necə əldə edə bilərlər?

Güzəştli mənzilləri kimlər və necə əldə edə bilərlər?
17.11.2016 14:39
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Fərman əsasən vətəndaşların mənzilləri güzəştlə əldə edə bilməsi məqsədilə verilib.

Milli.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert, iqtisadçı Rəşad Əliyev fərmandan irəli gələrək güzəştli mənzillərin kimlərin və necə əldə edə bilməsi ilə bağlı suallara aydınlıq gətirib: 

-  Mənzil almaq üçün haraya müraciət etməli?

- Mənzilin güzəştlə əldə edilməsi üçün müraciət elektron qaydada "Elektron hökumət" portalında olan "Güzəştli mənzil" elektron sistemi vasitəsilə edilir. Onun yaradılması dünənki fərmanla nəzərdə tutulub. Sistem 01 may 2017 tarixdən tətbiq ediləcək.

- Mənzili kimlər ala biləcək?

- Güzəştli ipoteka kreditini (Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin verdiyi kreditlər) almaq hüququ olan bütün şəxslər. "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 3.2. maddəsində bu şəxlərin siyahısı verilib.

- Mənzili necə əldə etmək olacaq?

- Alıcının öz vəsaiti hesabına və ipoteka krediti ilə. İpoteka kreditləri Azərbaycan İpoteka Fondunun xətti ilə mövcud olan agent bankları tərəfindən veriləcək. Həmin ipoteka kreditlərinin verilməsi şərtləti güzəştli ipoteka kreditlərində olduğu kimi olacaq. Ancaq ipoteka krediti üzrə ilkin ödəniş 10% təşkil edəcək.

- Sosial evlərin qiymətləri necə müəyyən ediləcək?

- Mənzillərin qiyməti MİDA MMC-nin Müşahidə Şurası tərəfindən müəyyən ediləcək. Qiymət müəyyən edildikdə mənzilin qiyməti onun bazar qiymətindən aşağı səviyyədə müəyyən ediləcək. Ehtimal etmək olar ki, bu səviyyənin nə qədər aşağı olacağı mənzilin maya dəyəri ilə bazar dəyəri arasında olan intervalda olacaq. Bazar qiyməti İpoteka fondunun hazırda istifadə etdiyi meyarlar əsasında müəyyən olunacaq.

- Mənzillər hansı vəziyyətdə veriləcək?

- Tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə.

- Mənzilləri nə vaxt almaq olacaq?

- Tikilən bina üzrə işlərin 30%-i tamamlandıqdan sonra onların satışı haqda elan verilə bilər. Bu barədə KİV-də və müvafiq mənbələrdə satışa ən azı 30 gün qalmış elanlar veriləcək.

- Alınacaq mənzildən istifadəyə hansı məhdudiyyətlər olacaq?

- Həmin mənzil 3 il ərzində nə satıla, nə də kirayə verilə bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol