• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi avtobuslarla bağlı XƏBƏRDARLIQ

Bəzi avtobuslarla bağlı XƏBƏRDARLIQ
17.11.2016 17:11
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlanıb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, bu həm Nazirlər Kabinetinin müvafiq qərarlarından irəli gələn, həm də agentlik tərəfindən hazırlanan Bakı nəqliyyat planında olan tələblərdir:
 
"Qeyd olunan tələblərin, yəni təkərlərin, mühərrikin tam qış rejiminə uyğunlaşdırılması, avtobus salonundakı pəncərələrin normal vəziyyətdə olması və digər tələblərin tam təmin olunmaması ilə bağlı müraciət daxil olarsa, onda həmin daşıyıcılarla bağlı tədbirlər görüləcək. Bununla bağlı işlər gedir. Qəsəbələrdən gələn avtobusların bir çoxunun pəncərələrində problemlər var idi və görülən tədbirlər nəticəsində bu problemlər aradan qaldırılıb”.
 
N.Allahyarova vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun xüsusi tapşırığı var:
 
"Agentliyin rəhbər şəxsləri aidiyyatı daşıyıcı şirkətlərlə birlikdə problemlərin yerindəcə aşkarlanması və aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər keçirirlər. Ancaq qarşıda gələn aylarda bu monitorinqlər daha çox keçiriləcək”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol