• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədrindən təhlükələr barədə XƏBƏRDARLIQ

Komitə sədrindən təhlükələr barədə XƏBƏRDARLIQ
24.11.2016 12:57
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib.
 
Modern.az-ın xəbərinə görə, çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov deyib ki, ətraf mühitin problemlərinə cəmiyyət həssas olmalıdır.

Deputat bildirib ki, cəmiyyət ətraf mühitlə bağlı problemlərlə məşğul olmazsa, gələcəkdə çox ciddi təhlükələr yaranır:
 
"Əsas məsələlərdən biri iqlim dəyişikliyi və Günəşin azon qatının deşilməsidir. Ətrafa mühitə insanların atdığı tullantılar ciddi təhlükə yaradır. Hazırda dünyada içməli su problemi də var. 1.5 milyard insan çirkli sudan istifadə edir. Bundan başqa, torpaqların deqradasiyaya uğraması nəticəsində də məhsuldarlıq azalır, meşə sahələri qırılır, bunun cüzi hissəsi bərpa edilir.
 
Son yüz ildə dünyada əhalinin dörd dəfə artması , sənaye müəssisələrinin çoxalması bu cür problemlər yaradır”.
 
Ə.Əmiraslanov söyləyib ki, bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir. Sonra çıxış edən komissiyanın sədr müavini Feyzullah Kıyıklık bildirib ki, iqlim dəyişikliyi Türkiyəyə də təsirsiz ötüşmür.

O əlavə edib ki, TÜRK PA-da təmsil olunan ölkələr birləşərək birgə mübarizə aparmalıdırlar: "Ətraf mühitin problemlərinə həsr olunan 63 səhifəlik sənəd hazırlanıb, bu sənəddə iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunulub”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyibki, bu günə qədər Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun qəbul olunub:
 
"Əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin hissəsi 4.5 faiz idisə, bu gün həmin rəqəm 10.5 faizə çatıb. 2000-ci ildə ölkədə 1 milli park var idi. Hazırda isə ölkəmizdə 9 milli park var. Azərbaycan gələcək nəsillərə ölkə ərazisində 10.3 faiz xüsusi mühafizə olunan ərazini ötürəcək. Bu gün Avropada vəhşi təbiət qalmayıb. Əgər vəhşi təbiət görmək istəyirsinizsə, buyurun Azərbayacana gəlin”.

Qlobal iqlim dəyişikliyi: üzv ölkələr üçün səbəbləri və nəticələrinə dair tövsiyə qərarının layihəsi təsdiq olunub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol