İlham Əliyev yeni yaşayış binasının açılışında - FOTOLAR

Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.
ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı binadakı mənzillərdə yaradılan şəraitlə tanış olub.
Sonra İlham Əliyev yeni binanın sakinləri ilə görüşüb.
www.ann.az
























