• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən gənc jurnalistəm” layihəsinə qeydiyyat başladı

“Mən gənc jurnalistəm” layihəsinə qeydiyyat başladı
29.11.2016 12:21
Peşəkar fəaliyyətə can atan, müstəqil fikirli, jurnalist olmaq istəyən gənclər üçün "Mən gənc jurnalistəm” layihəsinə start verildi. 

Layihə gənclərə jurnalistika üzrə bilik və bacarıqlarını formalaşdıraraq peşəkar fəaliyyətə hazırlıqlı olmaları üçün imkan yaradacaq.

Layihə jurnalistikaya marağı olan gənclərin bu sahədə nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsi, natiqlik bacarıqlarının formalaşdırılması və asudə vaxtlarının səmərəli dəyərləndirmələri məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində seçiləcək iştirakçılar, təlimlərdə iştirak edəcəklər və komandalara bölünəcəklər. Daha sonra gənclər, 3 mərhələdən ibarət olan müsabiqədə iştirak edəcəklər. Müsabiqənin hər bir mərhələsini uğurla başa vurmuş 3 komanda layihənin final mərhələsinə yüksələcək. Final mərhələsində iştirak edəcək bütün komandalar sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və DVC-nin ("Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı ilə həyata keçirilir.

Layihəyə Bakı şəhərində yaşayan və jurnalistika sahəsində maraqlı olan 30 gənc seçiləcək. Layihədə iştirak ödənişsizdir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol