• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlarda allergiya yaradan 8 QİDA

Uşaqlarda allergiya yaradan 8 QİDA
03.12.2016 21:56
Mütəxəssislərin hesablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qeyd edir. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır.
 
ANN.Az immunitet.az-a istinadən uşaqlarda allergiyaya səbəb olan 8 qida növünün adını təqdim edir.

1. Şirniyyatlar
 
Tərkibindəki qatqı və marqarin yağları, müxtəlif rənglər şirniyyatları dadlı etməsinə baxmayaraq, uşaqlarda mədə-bağırsaq problemləri və allergiya yarada bilir.
 
2. Acı, ədviyyatlı və istiotlu qidalar

Acı, istiotlu və ədviyyatlı qidalar azyaşlı uşaqlar üçün gizli təhlükə mənbəyi sayılır. Qırmızı bibər qatılmış souslu qidalar və çərəzlər uşaqlar üçün əsil təhlükə mənbəyi hesab edilir.
 
3. Bal

Bal təbiətdən gələn ən gözəl nemətlərdən hesab edilsə də, uşaqlarda allergiyaya səbəb ola biləcək qidalar sırasındadır.
 
4. Ketçup

Pomidor uşaqların ən çox sevdiyi tərəvəzlərdəndir. Təbii yollarla bostanda yetişdirilmiş pomidorun heç kimə zərəri dəyməz. Amma marketlərdə satılan ketçup və pomidor sousları müxtəlif qatqılardan hazırlandığı üçün uşaqlarda allergiyaya səbəb olur.
 
5. Mayonez

Mayonez tərkibində olan yağlar sayəsində mədənin fəaliyyətini ləngidir. Bu, ən çox allergik astmalı xəstələrdə patologiyaların artmasına səbəb ola bilir.
Mayonez azyaşlı uşaqların qidasında tez-tez yer aldıqda allergiyanın baş verməsinə səbəb olur.
 
6. Çips

Çox miqdarda yağ və kaloriyə malik çipslər uşaqlarda allergiyaya səbəb olan qidaların siyahısında ön sıralardan birində durur. Çipsi uşaqlarda həm piylənməyə, həm də allergik astmaya səbəb olur.
 
7. Marqarin

Marqarin və bəzi bitki tərkibli yağların uşaq qidalarında həddindən artıq istifadəsi allergiyanın baş verməsinə səbəb olan amillərdən biri hesab edilir.
 
8. Şokolad

Uşaqların dadbilmə qabiliyyəti çox tez inkişaf edir və bu səbəbdən onlar dadlı qidalara qarşı daha çox meyilli olurlar. Bu cür qidalardan biri də şokoladdır. Şokoladın tərkibində insanın əhval-ruhiyyəsini yüksəldən endorfin var. Buna görə də əksər insanlar şokoladı çox sevir. Normasında qəbulu uşaqlar üçün faydalı sayılsa da, şokoladdan çox istifadə edən uşaqlarda allergiya əmələ gəlir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol