• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Bakını yenidən su basa bilər

Nazirlik: Bakını yenidən su basa bilər
05.12.2016 10:03
Yağıntıların təsirindən qış və yaz aylarında subasma, sürüşmə, çökmə hadisələrinin dinamikasında aktivlik ola bilər.
 
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Noyabr ayında Bakı və Abşeron yarımadasında sürüşmə ərazilərində ciddi aktivliyin müşahidə edilmədiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, son aylarda yağışlarla əlaqədar Bakının Binəqədi rayonu ərazisində, Sabunçu rayonunun Maştağa qəsəbəsində daş karxanası adlanan ərazidə, Savalan qəsəbələrində, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi”ndə subasma hadisələri müşahidə edilib: 

"Ərazilərdəki subasmaların dinamikasında aktivlik yoxdur, amma sular hələ də qalıb, ərazilərdən təmiz çəkilib getməyib”.

R.Həsənov qeyd edib ki, ötən ay Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca yeni subasma hadisəsi baş verib. M.İbrahimov küçəsində uçqun prosesinin də baş verdiyini deyən nazirlik rəsmisi qeyd edib ki, küçə relyefin çökək hissəsindədir: 

"Küçədə qrunt qularının səviyyəsi Yer səthinə yaxındır və ora qurudulmuş gölün ərazisində yerləşir. Göl qurudulduqdan sonra əhali orada məskunlaşıb. Əhali isə məskunlaşma yerini seçərkən bu kimi bir çox amillərə diqqət yetirməlidir. Çünki dik yamaclarda, çökək ərazilərdə evlər tikirlər və sonra da belə problemlər yaranır. 

İntensiv yağışlar yağdıqda bu ərazidə qrunt sularının səviyyəsi qalxır və atmosfer yağıntıları yamac boyu axaraq ərazidə subasmanın yaranmasına səbəb olur. Hazırda orada vəziyyət nisbətən yaxşıdır, su çəkilib. Amma yağışların təsirindən Mirzə İbrahimov küçəsi boyunca ərazilərdə yenidən subasma gözlənilir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol