• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda zəlzələ nəticəsində evlərə ziyan dəyib

İsmayıllıda zəlzələ nəticəsində evlərə ziyan dəyib
13.12.2016 16:44
İsmayıllı rayonunda qeydə alınan ardıcıl zəlzələlər Lahıc, Basqal, Təzəkənd, Namazgah, Əhən, Diyallı, Tircan, eləcə də İsmayıllının şimal-şərqindəki dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində daha çox hiss edilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, hadisə həmin ərazilərdə əhalinin təşvişinə səbəb olub. Sarsıntı gecə saatlarında baş verdiyindən sakinlərin əksəriyyəti yatmış olsa da, yer silkələnməsindən təşvişə düşərək evlərindən çıxan, həkimə müraciət edənlər var.

Tircan və Diyallı kəndlərində bəzi evlərdə kiçik çatlar əmələ gəldiyi bildirilir. Torpaq sürüşməsinin aktiv olduğu bu kəndlərdə zəlzələnin fəsadları daha çox hiss olunub, sürüşmə zamanı bəzi tikililərdə mövcud çatlar böyüyüb.

Diyallı kəndində 7 mənzilə ziyan dəyib. Kənd sakinləri Sərvər Qinyətov, Bayram Abullayev və İlham Abdullayev APA-ya bildiriblər ki, onlara məxsus evlərdə böyük çatlar əmələ gəlib və hazırda ərazidə torpaq sürüşməsi aktivdir. 

Tircan kəndində mənzillərin dağılmaq təhlükəli olmasa da, divarlarda çatlar əmələ gəlib.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev APA-ya bildirib ki, bir sıra kəndlərdə evlərdə və yardımçı tikililərdə, hasarlarda xırda çatlar əmələ gəlib, dağıntı və tələfat yoxdur. O, hazırda sakinlərin müraciətlərinin qəbul edildiyini və komissiya tərəfindən araşdırma aparılacağını bildirib:

"Torpaq sürüşməsinin aktiv olduğu kəndlərdəki bəzi evlərin divarlarında əvvəllər də çatlar əmələ gəlmişdi. Bugünkü hadisədən sonra mənzillərdə yaranan fəsadları da araşdıracağıq”.

Qeyd edək ki, dekabrın 13-də gecə saat 4:32 və 4:33-də Pirquludan 13 və 15 kilometr şimal-qərbdə İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 4.5 olan və 9 kilometr dərinlikdə baş verən yeraltı təkanlar episentrdə 4 bal, İsmayıllının yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol