Meşələrlə bağlı vacib qərar - Qaydalar dəyişdi

Nazirlər Kabineti "Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları"na dəyişiklik edib.
Dəyişiklik meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslərin hüquqları ilə bağlıdır.
İndiyə qədər meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslərin meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına göndərmək hüququ olub.
Dəyişikliyə əsasən, bundan sonra meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslərə həm də meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar edib, müvafiq qaydada rəsmiləşdirərək inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək hüququ də verilib. //APA
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























