• $
  • €
  • ₽
  • ₺
  • £

PEDİATRDAN XƏBƏRDARLIQ: Öskürək əleyhinə siropları uşaqlara verməyin

PEDİATRDAN XƏBƏRDARLIQ: Öskürək əleyhinə siropları uşaqlara verməyin
29.05.2020 09:13
Havalar bir azca soyuyan kimi uşaqların çoxu öskürməyə başlayır. Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atırlar. Öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil. Bəzən düzgün nəfəs almamağın, virusun, alllergiyanın da nəticəsi ola bilər.
 
Öskürək tənəffüs yollarına düşmüş yad maddələrə qarşı əmələ gələn bədənin özünümüdafiə mexanizmidir. Virusların, bakteriyaların hücumuna məruz qalaraq, yaxud allergen reaksiya kimi tənəffüs yollarında seliyin miqdarı artır, bundan da qurtulmaq üçün orqanizm öskürək reaksiyası verir. Valideynlərin də çoxu uşağın öskürdüyünü görən kimi əsas səbəbi öyrənmədən aptekə gedərək əczaçının məsləhət gördüyü dərmanı, siropu alıb uşağa verməyə başlayır. Bəzən bu özbaşına müalicə təsadüf nəticəsində müsbət təsir göstərir, bəzənsə öskürək azalmaq əvəzinə daha da artır.
 
Pediatr Günay Rəsulova Aile.lent.az-a deyib ki, həkim məsləhəti olmadan aptekdən öskürək əleyhinə dərman alıb uşağa içirtmək yolverilməzdir. İlk növbədə öskürəyin yaranma səbəbi tapılmalıdır: "Öskürəyin yaranma səbəbləri arasında tənəffüs sistemi xəstəlikləri - sinusit, bronxit və pnevmoniya, mədə-bağırsaq xəstəlikləri – reflyuks, ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları, vərəm, allergik xəstəliklər, astma və başqa xəstəliklər dura bilər. Ona görə də öskürək başlayan zaman əsas səbəbi tapıb, ona uyğun müalicə aparılmalıdır. Öskürək əleyhinə nəzərdə tutulmuş siropları uşaqlara verməzdən öncə mütləq həkimlə məsləhət edin. Yerli-yersiz istifadə edilən "öskürək siropları" öskürəyi daha da artıra, körpələrdə isə obstruksiya, boğulma verə bilər. Öskürəyi olan uşaq pediatr tərəfindən müayinə olunub, uyğun müalicə təyin edildikdən sonra belə, öskürək bir müddət, hətta 2 aya qədər də davam edə bilər. Odur ki, müalicənin effektini gözləyərək, əlavə dərman preparatlarının istifadəsinə tələsməmək lazımdır”.
 
Həkimin sözlərinə görə, öskürəyi olan uşağa kömək etmək məqsədilə bol maye verilməsində fayda var. Su ən yaxşı bəlğəm durulaşdırıcıdır, uşağın vəziyyətinin yüngülləşməsində çox kömək olur. Bundan başqa uşaqları çox ağır öskürəklə özünü büruzə verən göy öskürək kimi infeksion xəstəliyindən qorumaq üçün peyvəndlər mütləq edilməlidir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol