• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev yeni salınmış parkın açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev yeni salınmış parkın açılışında iştirak edib - YENİLƏNİB
26.12.2016 14:35
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.
 
Keçmiş Səttarxan adına maşınqayırma zavodunun ərazisində geniş abadlıq işləri aparılaraq burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb.
 
Prezident İlham Əliyev istirahət parkının rəmzi açılışını bildirən lenti kəsib, dövlət başçısı və xanımı parkda yaradılan şəraitlə tanış olublar.
 
Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi bu istirahət məkanında genişmiqyaslı yaşıllıq işləri də həyata keçirilib. Parkın ümumi ərazisində 300-dən çox müxtəlif növ ağac, 50 mindən artıq gül və kol bitkiləri əkilib.
 
Ərazidə 4 müxtəlif istirahət zonası salınıb. Parkdakı idman zonasında müxtəlif trenajorlar və qurğular qoyulub. Parkda uşaqlar üçün də xüsusi zonalar quraşdırılıb, həmin zonalar 2700 kvadratmetrə yaxın yumşaq səthlə örtülüb. İstirahət parkının ərazisində fəvvarə və ümumi sahəsi 2200 kvadratmetrə yaxın 3 göl yaradılıb.
 
*** 
 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 26-da Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.

ANN.az xəbər verir ki, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış oldular.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol