• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev 1 saylı "ASAN Kommunal" Mərkəzinin açılışında - YENİLƏNİB

İlham Əliyev 1 saylı "ASAN Kommunal" Mərkəzinin açılışında - YENİLƏNİB
28.12.2016 14:13
Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı "ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar "ASAN qatar”la tanış olub.
 
Dövlət başçısı mərkəzi işə salıb.
 
Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.
 
 
Pilot layihə çərçivəsində 1 saylı "ASAN kommunal” Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət edəcək. Mərkəzdə 3 qurum - "Azərişıq” və "Azərsu” Açıq Səhmdar cəmiyyətləri, həmçinin "Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstəriləcək.

Prezident İlham Əliyevə "ASAN ödəniş” sisteminin mobil tətbiqi barədə məlumat verilib. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər.
 
 
Prezident İlham Əliyevə "ASAN Radio”nun 1 illik fəaliyyəti ilə bağlı da məlumat verilib.
 
Sonra dövlət başçısına "ASAN könüllüləri” təşkilatının fəaliyyəti, hazırda Bakı şəhərində inşa edilən 2 və 3 saylı "ASAN kommunal” mərkəzləri barədə məlumat verilib..
 
Dövlət başçısı mərkəzin kollektivi ilə görüşüb.
 
 
Sonra prezident İlham Əliyev səyyar "ASAN qatar”la tanış olmaq üçün "Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasına gəlib. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.
 
 
Dövlət başçısı səyyar "ASAN qatar”larda yaradılan şəraitlə tanış olub, səyyar "ASAN qatar” xidmətinin fəaliyyətə başlamasını bildirən düyməni basıb.
 
"ASAN qatar”ın ilk gedəcəyi məntəqə Qazax rayonu olacaq.
 
***
 
Azərbaycan prezidenti İlham Əliyev Bakıda dekabrın 28-də 1 saylı "ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib.
 
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.
 
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
 
Sonra dövlət başçısı səyyar "ASAN qatar” ilə tanış olub.
 
Məlumat verilib ki, səyyar "ASAN qatar”ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol