• $
  • €
  • ₽
  • ₺
  • £

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı
29.12.2016 20:53
Bu gün Təhsil Nazirliyində "Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

ANN.Az-ın Trend-ə istinadən xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, müsabiqə qalibləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini C.Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron Təhsil" müsabiqəsinə ümumilikdə 6000-dən artıq layihə təqdim edilib.

Nazir müavini qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub. Müsabiqənin I mərhələsinə ümumilikdə 1313 layihə təqdim olunub. Qəbul olunmuş 1220 layihə II mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək məqsədilə Ekspert Komissiyasına təqdim edilib. 7 nəfərdən ibarət Ekspert Komissiyası bu mərhələyə keçən layihələrin qiymətləndirilməsində müsabiqənin saytında verilən qiymətləndirmə meyarlarını əsas götürüb. Qiymətləndirmə 0-10 bal əsasında aparılıb. Bununla da 325 layihə III mərhələyə keçib.

III mərhələdə qalib namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini təqdim ediblər. Müsabiqənin yekununda 23 qalib və 24 fərqlənən iş müəyyən edilib.

Müsabiqə "AzEduNet”, "Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar", Əlavə Təhsil Mərkəzi, "Edumedia Azərbaycan” və "Nar” operatoru tərəfindən dəstəklənir.

Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox