• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən neftçilərin axtarışları davam etdirilir - Qərargah

İtkin düşən neftçilərin axtarışları davam etdirilir - Qərargah
29.12.2016 16:08
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” dövlət başçısının müvafiq sərəncamına əsasən Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Dövlət Dəniz Adminstrasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Taninma və İzləmə Milli Mərkəzində yaradılan axtarış – xilasetmə qərargahında olublar.

Qərargahdan bildirilib ki, axtarış əməliyyatları, fasiləsiz həyata keçirilən tədbirlər dövlət başçısının daim diqqətindədir və Prezidentin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibi, axtarışlarda iştirak edən hər bir nümayəndə, təmsil olunduqları qurumlara məxsus müasir tələblərə cavab verən maddi texniki baza istifadə olunmaqla neftçilərin tezliklə tapılması üçün səylərini səfərbər ediblər.

Milli Mərkəzdə ən müasir tələblərə cavab verən axtarış - izləmə sistemlərinin quraşdırıldığını vurğulayan Dövlət Dəniz Administrasiyasının rəisi hadisənin baş verdiyi rayonda hava şəraitinin, küləyin, sualtı və suüstü axıntıların istiqamətinin, sürətin hər an təhlil olunduğunu və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilərək, əməliyyatların uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə həyata keçirildiyini deyib.

Bir daha vurğulanıb ki, axtarış – xilasetmə qərargahı, itkin düşən neftçilərin hər bir ailə üzvünə əməliyyatların gedişatı ilə yerində tanış olmaq imkanını yaratmağa daim hazırdır.
 
İtkin düşən neftçilərin ailə üzvləri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmilərinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin "Avior” dalğıc gəmiləri və digər yardımçı dalğıc gəmilərinin, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələrinin, 6 helikopterinin, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyətin də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlı qüvvənin və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıclarının sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adalarında və sahil boyu vizual axtarışları davam etdirməsinin, SOCAR – ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi dalğıclarının estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri aparmasının, ilk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV” sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov” "Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmilərinin, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməsinin şahidi olublar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox