• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakıda yayılan xəstəlik qrip deyil" - XƏBƏRDARLIQ

"Bakıda yayılan xəstəlik qrip deyil" - XƏBƏRDARLIQ
29.12.2016 16:50
Son zamanlar ölkədə qrip, soyuqdəymə halları artıb. Bu xəstəlik özünü yüksək hərarət, titrətmə, boğaz ağrıları, zəiflik, öskürək, baş ağrısı ilə göstərir. 

Xəstəliyə yoluxanların çoxu həkim məsləhəti almadan öz bildikləri metodlarla sağalmağa can atırlar. Normalda 2-3 günə azalan xəstəlik həftələrlə keçmir. 

Məsələ ilə bağlı modern.az-a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, yayılan xəstəlik qrip deyil.

"Qrip dörd karantin infeksiyadan biridir. Bunlar vəba, taun, sarı qızdırma və qripdir. Qrip epidemiya şəklində yayılır, böyük bir arealı tutur. Qrip yayıldığı halda Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı məlumat verir. Yuxarı tənəffüs yollarında parazitlik edən tənəffüs orqanları var. Bunlar soyuqdəymədə, immun sisteminin zəifləməsində fəallaşırlar və qripəbənzər əlamətlərlə yuxarı tənəffüs yollarının kəskin iltihabını törədirlər. Buna soyuqdəymə xəstəliyi və kəskin respirator xəstəlik deyilir. 

Bu gün əhali arasında yayılan kəskin respirator xəstəlikdir. Fəallaşmış  viruslar yoluxucu olur və insanlar bir-birini yoluxdurmağa başlayır. Fəallaşan virusun növündən asılı olaraq çox ağır keçir. Ona görə də bu cür hallarda insanlar özlərini qorumalıdırlar. Maskada gəzməli, xəstələrlə təmasda olmamalı, xəstə adamların yataq rejiminə keçməsi təmin olunmalıdır. İctimai yerlərdə, əhalinin çox olduğu ərazilərdə maska ilə gəzmək məsləhətdir. Bizim insanlar bir az kompleks keçirir və bu məsələyə riayət eləmirlər. Bunun qarşısını almaq üçün geyim forması düzgün seçilməlidir, vitaminlərin qəbulu, qidaya diqqət edilməlidir. Bu məsələlər yerinə yetirilsə, yəqin ki, virusun bu şəkildə yayılmasının qarşısı alınar. Təəssüflər olsun ki, bu Azərbaycanda böyük bir arealı əhatə edib, xeyli adam bundan narahatdır, bunu da qrip adlandırırlar. Bu qrip deyil, amma qripdən geri qalmayan virus infeksiyasıdır".
 
Həkimin sözlərinə görə, xəstəliyə yoluxan şəxs yataq rejiminə keçməlidir, çoxlu maye qəbul etməlidir, temperaturu salınmalıdır.

"Antibiotik qəbulu yalnız həkim nəzarətində olmalıdır. Ağırlaşma yoxdursa, antibiotik qəbulu məsləhət görülmür. Həkimə müraciət olunmalıdır və müəyyən təyinatlar verilməlidir. Ev şəraitində çoxlu maye qəbul etməklə, hərarətsalıcı vasitələrdən istifadə olunmaqla sağalmaq olar. Yataq rejimində ağırlaşma çox olmur. Əgər ağırlaşma olarsa, mütləq şəkildə həkimə müraciət olunmalıdır".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol