• $
  • €
  • ₽
  • ₺
  • £

Evdə distant formada təhsil almaq qaydası hazırlanacaq

Evdə distant formada təhsil almaq qaydası hazırlanacaq
31.12.2016 09:56
Evdə təhsil alan uşaqların ümumi təhsilinin distant formada təşkili qaydaları Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək.
 
Bu, Nazirlər Kabinetinin "Formal təhsilin təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.
 
Qeyd edək ki, distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.
 
Xatırladaq ki, Nazirlər Kabineti 6 avqust 2010-cu il tarixində "Formal təhsilin təşkili Qaydaları”nı təsdiq edib. Qaydalara əsasən evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili yalnız əyani formada təşkil oluna bilərdi. Nazirlər Kabinetinin 20 iyun 2012-ci il tarixli qərarı ilə Qaydalara dəyişiklik edilib. Beləliklə, evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsilinin formaları sırasına distant forma da daxil edilib. //APA

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol