• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski"də satın alınan obyektlərin sayı açıqlandı

"Sovetski"də satın alınan obyektlərin sayı açıqlandı
06.01.2017 15:02
Bakı Şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr 2013-cü il tarixli "Yasamal rayonu ərazisində müəyyən edilmiş ünvanlarda bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar 2014-cü ilin yanvar ayından, "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 358 saylı 11 noyabr 2015-ci il tarixli qərarının icrası ilə əlaqədar sərəncam qüvvəyə mindiyi tarixdən Yasamal rayonunun "Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin vətəndaşlardan satınalınması tədbirləri həyata keçirilir.

ANN.Az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, Köçürmə üzrə işçi komissiyasının sədri Səməd İslamov APA-ya açıqlamasında bildirib ki, ötən müddət ərzində tərəfimizdən 3610 obyektin satınalınması həyata keçirilib, 219 azkvadratlı mənzillərin sahibləri Bakı şəhərinin Nərimanov rayonundakı 2 yeni binada yaşayış sahələri ilə təmin ediliblər.

S.İslamov qeyd edib ki, 2016-cı il avqustun 4-də Azərbaycan prezidenti İlham Əliyev köçürülmüş əraziyə baxış keçirib, görülən işlərlə yaxından tanış olub və yeni yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə layihənin təməlini qoyub.

Ölkə başçısı ərazidə qarşıda görüləcək işlərin istiqamətini müəyyənləşdirib, bununla əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib: 

"Yasamal rayonu "Sovetski” adlanan ərazidə aparılacaq yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə müzakirə edilərək qəbul olunmuş layihənin tam icrası üçün həmin ərazidə əlavə yaşayış obyektlərinin satın alınması zərurəti yaranıb. 

Bu məqsədlə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq Yasamal rayonun Nəriman Nərimanov prospekti, Balababa Məcidov, Fuad İbrahimbəyov və Abdulla Şaiq küçələrinin arasındakı ərazidə 260 obyektin, Nəriman Nərimanov prospekti, Süleyman Tağızadə, Abdulla Şaiq, Lev Tolstoy küçələrinin əhatəsində Nəriman Nərimanov prospekti ilə Lev Tolstoy küçələrinin kəsişməsindəki ərazidə 23 obyektin, ümumilikdə 283 obyektin satınalınması barədə müvafiq qərar qəbul edilməsi üçün tərəfimizdən hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Nazirlər Kabinetinin 533 saylı, 30 dekabr 2016-cı il tarixli qərarı ilə Bakı şəhərinin Baş Planına uğun olaraq dövlət əhəmiyyətli yollarının və digər kommunikasiya xәtlәrinin çəkilməsi məqsədilə həmin ünvanlardakı vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alan orqan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Qərara müvafiq olaraq tərəfimizdən məqsədyönlü tədbirlər həyata keçiriləcək”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol