Bakıda bankomatdan 40 min manat oğurlanıb

Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.
Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ şossesində qeydə alınıb.
Naməlum şəxslər "Kapital Bank”a məxsus bankomatın arxasını kəsərək 40 min manat aparıblar.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























