• $
  • €
  • ₽
  • ₺
  • £

BBF-dən uşaqlar üçün GÖZƏL TƏŞƏBBÜS

BBF-dən uşaqlar üçün GÖZƏL TƏŞƏBBÜS
03.02.2017 15:09
"Baku Business Factory” (BBF) biznes inkubasiya mərkəzində "Gələcəyin biznesmenləri” günü keçirilib.

"Report”un məlumatına görə, layihənin hazırlanmasında məqsəd uşaqlara real iş ofisini göstərmək, onların məsuliyyət hiss etmələrinə imkan vermək, mövcud biznes sferasında onların gələcəyinin mümkünlüyünü göstərməkdir.

Proqrama əsasən, "Bakı Modern Təhsil Kompleksi"nin nəzdində "Modern Baby" körpələr evi-uşaq baxçasının uşaqları BBF-in ofisi və BBF-in dəstəklədiyi layihlərlə tanış olublar. BBF-də fəaliyyət göstərən layihə rəhbərləri öz start-apları haqqında uşaqların başa düşəcəyi tərzdə məlumat veriblər. Proqrama əsasən, uşaqlar BBF-in ofisi və kovörkerlərlə tanış olub, şirin təamların olduğu masaya dəvət ediliblər, layihə çərçivəsində müzakirələr və oyunlar keçirilib. 

Kovörkerlər uşaqlara ilk olaraq işin və pulun nə olduğu barədə qısa məlumat veriblər. Sonra uşaqların hər biri özü və harada oxuduğu, böyüyəndə kim olmaq istədiyi barədə danışıb, həmçinin mütəxəssislərə suallar veriblər.

Proqrama uyğun olaraq, gələcəyin biznesmenləri olmaq istəyən uşaqlara pul ilə rəftar qaydaları öyrədilib. Həmçinin onlara maraqlı peşələr barədə məlumat verilib, özünə inam hissini inkişaf etdirmək və hobbi üçün ideyalar vermək istiqamətində söhbətlər aparılıb.
Mərkəzdə uşaqlara müxtəlif öhdəliklər də verilib. Məsələn: sənədləri həmkarına aparmaq, çap olunmuş sənədləri printerdən götürmək və s.

Sonda iştirakçılara hədiyyələr verilib.

Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir göstərəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

On səkkiz aydan çoxdur ki, fəaliyyət göstərən təşkilata indiyədək iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 800-dən çox layihə üzrə müraciət edilib. Hazırda BBF-də 25-dən çox layihəyə dəstək göstərilir. Bu layihələr ən yüksək texnologiyalardan tutmuş kənd təsərrüfatına kimi müxtəlif sektorları əhatə edir.






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol