Bakıda park sökülür – FOTO

Bakının Xətai rayonunun Yusif Səfərov küçəsində yerləşən parkın sökülməsinə dair yeni təfərrüatlar məlum olub.
ANN.Az xəbər verir ki, mənbənin 1news.az-a verdiyi məlumata görə, Şah İsmayıl Xətainin Y.Səfərov parkının girişində ucaldılmış heykəli əvvəlki yerində qalacaq.
"Cavanşir körpüsünə qədər uzanan park sökülür. Parkdakı ağacların taleyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həll edilir.
Ağaclar yerlərindən çıxarılaraq başqa yerdə əkiləcək və ya kəsiləcək. Təəssüf ki, onları əvvəlki yerində saxlamaq mümkün deyil. Belə ki, onlar avtomobillərin hərəkətinə ciddi maneçilik törədəcək”, - mənbə bildirib.
Xatırladaq ki, "Azəravtoyol” ASC sökülən parkın yerində altı hərəkətzolaqlı yol salacaq. Daha öncə "Azəravtoyol”dan 1news.az-a yolun genişləndirilməsi hərəkət sıxlığının qarşısını almağa yardım edəcəyi bildirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























