• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Mühəndislik Universiteti üçün siyahı hazırlanır

Bakı Mühəndislik Universiteti üçün siyahı hazırlanır
29.05.2020 08:20
ANN.Az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri, Bakı Mühəndislik Universitetinin rektor əvəzi Sülhəddin Gözəlov deyib. O bildirib ki, yeni yaradılan universitetdəki ixtisaslarla bağlı bir neçə variant var.

"Qafqaz Universiteti olan fakültələrdən əlavə olaraq bir sıra yeni mühəndislik ixtisasları üzrə Bakı Mühəndislik Universitetinə tələbə qəbulu planlaşdırılır. Yeni ixtisaslar texniki ali təhsil müəssisələrində olmayan, amma ölkənin bu gün və ya sabah ehtiyacı duyacağı sahələr üzrə olacaq. Ona görə indidən həmin ixtisaslar üzrə kadr hazırlanması qəbul proqnozunda nəzərdə tutulur".

S.Gözəlov Bakı Mühəndislik Universitetinə dövlət sifarişi və ödənişli əsaslarla qəbulun aparılacağını deyib. Onun sözlərinə görə, ödənişli əsaslarla qəbul zamanı təhsil haqlarının artırılması nəzərdə tutulmayıb.

"Ödənişli əsaslarla qiymətlər tələbələrin xeyrinə olacaq. Təhsil haqlarının artırılmasından söhbət gedə bilməz. Qafqaz Universitetində oxuyan tələbələr artıq cari il üçün təhsil haqlarını ödəyib. Lakin növbəti tədris ilindən həmin ixtisaslar üzrə ödənişlər Bakı Mühəndislik Universitetinin qəbul planı təsdiq olunandan sonra hər bir ixtisas üçün nəzərdə tutulan təhsil haqqına müvafiq müəyyənləşdiriləcək".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol