• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft fondunun mətbuat katibi İngiltərədə nüfuzlu status alıb

Dövlət Neft fondunun mətbuat katibi İngiltərədə nüfuzlu status alıb
10.02.2017 15:48
İngiltərənin nüfuzlu "Chartered İnstitute of Public Relations” (CİPR) İnstitutu Azərbaycan Respublikası Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru və mətbuat katibi Cəmalə Əliyevaya  bu İnstitutun akreditə olunmuş PR mütəxəssisi (CİPR Accredited PR Practitioner) statusu  verib. Cəmalə  Əliyeva hazırda CİPR-ın üzvü olan  yeganə azərbaycanlıdır.

Bu statusa CİPR-ın üzvü olan, iki il ərzində PR sahəsində bilik və bacarıqlarını artırmaq üçün tələb olunan müxtəlif fəaliyyət növlərini həyata keçirərək (CPD activities) hər il 60 bal olmaqla, ümumilikdə 120 bal toplayan şəxslər layiq görülür.

Cəmalə Əliyeva 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışır. 2013-cü ildə Azərbaycan Mətbuat Şurası tərəfindən "Azərbaycan mediası ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə” diplomla təltif edilib.

O,  Böyük Britaniyanın Birmingham Universitetində  Dövlət İdarəçiliyi və İnkişaf ixtisası üzrə magistr , Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi İdarəetmə üzrə bakalavr dərəcəsi alıb. Cəmalə Əliyeva həmçinin  Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə təhsil alıb.
 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol