• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qulluğuna qəbul sadələşəcək

Dövlət qulluğuna qəbul  sadələşəcək
29.05.2020 08:54
Dövlət qulluğuna qəbul proseduru yenə də sadələşdirilməli, onun çevikliyi təmin olunmalıdır.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

M.Abbaszadə bildirib ki, bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək: "Biz şəffaf seçim aparmaq üçün müvafiq hüquqi mühit yaratmışıq. Amma bu davam etməlidir".

DİM-in Direktorlar Şurasının sədri əlavə edib ki, əvvəlki illərdə insanlar iş tapmaq üçün yüksək məvacibi olan özəl sektorlara üz tuturdular, dövlət qulluğuna isə maraq göstərmirdilər. Amma son illərdə dövlət qulluğuna qəbul müsabiqəsinin şəffaf keçirilməsi, onun nüfuzunun artması dövlət qulluğuna qəbul üçün müraciət edənlərin sayının artmasına təsir göstərib.

M.Abbaszadə qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində əmək bazarında kifayət qədər vakansiyalar yaranırdı: "Lakin kadrlar həmin vakansiyaları tuta bilmirdilər. İnformasiya texnologiyaları üzrə vakansiyalar illərlə boş qalırdı. Bu problemlərin kökü sovet dövründən gəlirdi. Həmin dövrdə ali təhsilli gənclər təhsil aldıqları sahə üzrə səthi biliyə malik olurdular".

M.Abbaszadə deyib ki, sovet dövrünün təhsilinin məzmunu müasir tələblərə cavab vermirdi: "Ona görə əmək bazarına daxil olandan sonra gənclər müxtəlif dil və kompüter kurslarına müraciət edirdilər. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb. Yeni ali məktəblər yaradılıb. Bu universitetlər təhsilin məzmunun müasir standartlara cavab verməsinə ümid verir. Təcrübəsi olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Burada təlim proqramlarının və prosesin müasir tələlərə cavab verməsi və standartalara uyğunluğu vacib məsələdir”.

O əlavə edib ki, əmək bazarında iş yeri axtaranlar üçün tələblər sürətlə dəyişir. Ona görə də gənc nəsil əmək bazarındakı tələbata hazır olmalıdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol