• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polislər qəzaya düşdü

Bakıda polislər qəzaya düşdü
18.02.2017 14:20
Ötən axşam saat 19 radələrində Sabunçu rayonu Bilgəh- Maştağa yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" SalamNews-a istinadən xəbər verir ki, 32 yaşlı Abdullayev Ramin Tofiq oğlunun idarə etdiyi "VAZ-2107” markalı avtomaşın yol sürüşkən olduğundan idarəetməni itirərək qarşı tərəfdə hərəkət edən Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə məxsus "Fiat Doblo” markalı avtomaşına çırpılıb.
Qəza nəticəsində "VAZ-2107” markalı avtomaşının sürücüsü və "Fiat Doblo” markalı avtomaşında olan iki nəfər polis əməkdaşı - 27 yaşlı Qəzənfərli Azad Ələsgər oğlu və 36 yaşlı Hüseynzadə Təbriz Məhiyəddin oğlu müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıblar. Xəstəxanada hər üç yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb. İşi araşdıran təhqiqatçı Fikrət Məmmədov təsdiq edərək bildirib ki, qəza şəraitini "VAZ-2107" markalı avtomaşın yaradıb. Hər üç şəxsin izahatı alınıb və qəza nəticəsində əzilən avtomobillər cərimə meydançasına yerləşdirilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol