• $
  • €
  • ₽
  • ₺
  • £

Dillər Universitetində əməkhaqları artırıldı

Dillər Universitetində əməkhaqları artırıldı
22.02.2017 10:56
Azərbaycan Dillər Universitetində (ADU) çalışan işçilərin və professor-müəllim heyətinin maddi rifahının yüksəldilməsi istiqamətində daha bir mühüm addım atılıb. 

Belə ki, ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Addullayev  təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb. Əmrə əsasən  universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb.

1 yanvar 2017-ci il tarixindən ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb. Dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol