Neft Daşlarında ölüm hadisəsi

Bu gün saat 16.00 radələrində "Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın "B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.
SOCAR xəbər verir ki, o, aldığı xəsarətdən keçinib. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
www.ann.az
SOCAR xəbər verir ki, o, aldığı xəsarətdən keçinib. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
www.ann.az
























