• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlər 4 aydır ki maaş almır

Müəllimlər 4 aydır ki maaş almır
23.02.2017 11:40
Dörd aydır ki, maaşlarını ala bilməyən Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin bir qrup müəllimi qafqazinfo-ya müraciət edib.

ANN.Az sözügedən sayta istinadən xəbər verir ki, onlar bildiriblər ki, 2009-cu ildən pilot layihə kimi məktəbdə inklüziv təhsil (sağlamlıq imkanları məhdud şəxslərin təhsili) verirlər. Müddətsiz müqavilə ilə işə qəbul olub, bugünkü günə kimi də məktəblə əməkdaşlıq edirlər. İndi isə onlara layihə müddəti bitdiyi üçün əmək haqlarının ödənilməyəcəyi deyilib:

"Gah deyirlər ki, layihənin müddəti bitib, gah da ştatların qanunsuz artırıldığını iddia edirlər. 2009-cu ildən ötən ilin sentyabr ayına kimi 7 il işləyib maaşlarımızı almışıq. Əgər dedikləri doğrudursa, bəs bizə necə büdcədən maaş ayrılırdı? Ştat cədvəlləri hər il Maliyyə Nazirliyinin qeydiyyatından keçirilir. Təhsil Nazirliyi layihə ilə bağlı hər hansı bir qanun pozuntusu aşkar edibsə, cavabdehlərin məsuliyyətə cəlb olunması üçün Baş Prokurorluğa müraciət olunmalıdır, bizim 4 aylıq maaşlarımızı kəsmək yox".

Şikayətçilər bildiriblər ki, problemlə bağlı dəfələrlə Təhsil Nazirliyinə rəsmi müraciət olunsa da, müraciətlər cavablandırılmır.

"Qafqazinfo" nazirliyə sorğu göndərsə də, məsələ ilə bağlı münasibət öyrənə bilmədik.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol