• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb müəllimləri etiraz edir

Məktəb müəllimləri etiraz edir
27.02.2017 17:36
Bakı məktəblərində ibtidai sinif müəllimləri yenidən imtahan edilir.APA-nın xəbərinə görə, ibtidai sinif müəllimlərinə imla yazdırılır və bu proses hər bir məktəbin "Azərbaycan dili-Ədəbiyyat" fənni müəllimləri tərəfindən həyata keçirilir. Bir müəllimin digər müəllim tərəfindən yoxlanılması məktəblərdə narazılıqlara səbəb olub.  
 
Paytaxtın müxtəlif məktəblərindən APA-ya bildiriblər ki, məktəblərdə ibtidai sinif müəllimlərinin imla yazmaq qabiliyyətini yoxlamaq üçün tapşırıq verilib. Bildirilib ki, bununla bağlı məktəblərə rəsmi və ya yazılı şəklidə, əmr formasında heç bir göstəriş daxil olmayıb: "Sadəcə, məktəb rəhbərliyi bildirib ki, bu proses Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tapşırığı əsasında keçirilir. İbtidai sinif müəllimlərinin yazdığı imlaları isə məktəbin "Azərbaycan dili və Ədəbiyyat” fənni müəllimləri yoxlayacaq. Bu da məktəblərdə müəyyən söz-söhbətlərə səbəb olub. Haqlı olaraq etiraz edilir ki, nəyə görə ibtidai sinif müəlliminin bilik səviyyəsini digər fənn müəllimi yoxlamalıdır? İstənilən halda hər ikisi müəllimdir. Onların belə formada yoxlanılması ibtidai sinif müəllimini aşağılamaqdır. Yoxlama keçirilsə, bu, məktəbin müdiriyyəti, Təhsil şöbəsi və ya idarəsi səviyyəsində keçirilməlidir. İmlaların yazılmasına heç kim etiraz etmir. Sadəcə, imlanın məktəbin digər müəllimi tərəfindən yoxlanılması, bir müəllimin digərinin bilik səviyyəsini yoxlaması nə dərəcədə düzgündür? Niyə hansısa fənn müəllimi ibtidai sinif müəllimini yoxlamalıdır? Bu hansı qaydaya uyğundur?"
 
Müəllimlər əlavə edib ki, göstərişə əsasən, imlalar yuxarı siniflər səviyyəsində və müdiriyyətin istədiyi mövzu üzrə yazılmalıdır.
 
"IX-X-XI siniflərdə imlalar hansı qaydada yazılırsa, ibtidai sinif müəllimləri də o formada yazmalıdırlar. Bu imlaların yazılması IX sinif şagirdlərin göstərdiyi nəticələrin aşağı olması ilə izah edilir. Buraxılış siniflərində nəticələrin aşağı olmasının ibtidai sinifdən qaynaqladığını əsas götürərək bu proses icra edilir. Müəllimlərə imla yazdırırlar ki, onların özlərinin imla yazmaq bacarıb-bacarmadıqlarını üzə çıxarsınlar”, - deyə qeyd olunub.
 
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov APA-ya bildirib ki, ibtidai sinif müəllimlərinin narazılıqları haqlıdır. Onun sözlərinə görə, bir müəllimin işinin digər müəllim tərəfindən yoxlanılması yanaşma tərzi deyil: "Çünki obyektiv əsaslarla yoxlanma zamanı əvvəlcədən müəyyən edilmiş ixtisaslı yoxlayıcılar olmalıdır. Eyni müəssisədə bir müəllim digər həmkarı tərəfindən yoxlana bilməz. Bu, qiymətləndirmənin prinsiplərinə ziddir. Başqa məktəbdən və ya qabaqcadan müəyyən edilən konkret şəxslər tərəfindən yoxlama həyata keçirilə bilər.
 
Danılmaz faktdır ki, bu gün Bakı şəhərində olan 307, istərsə də Azərbaycandakı 4481 məktəbin daxilində müəllimlər arasında müəyyən konfliktlər, problemlər, ziddiyyətlər var. Bu da qiymətləndirməyə ciddi təsirini göstərəcək. Nəticədə, obyektivlik gözlənilməyə bilər. Bu və ya digər səbəblərdən ibtidai sinif müəllimləri haqlıdırlar”.
 
Təhsil eksperti Şahlar Əsgərov isə APA-ya bu prosesin müəllimlərin bilik səviyyəsinin yüksəldilməsinə yönəldiyini deyib. Onun sözlərinə görə, əgər belə imtahanlar olmasa, heç bir müəllim öz üzərində işləməz: "Bu gün Azərbaycanda orta və ali məktəblərdəki problemlərin həlli müəllimlərin səviyyəsinin artmasından asılıdır. İbtidai sinif müəllimi həmin məktəbin müəllimi tərəfindən yoxlanılırsa, bu bir etibarlılıq nümunəsidir. Həmin məktəbin müəlliminə etibar edilib ki, məktəbdaxili yoxlama həyata keçirsin. Özünüz-özünüzü imtahan edin, səhvinizi üzə çıxarın, onların üzərində işləyin. Bu ictimai proseslərdə hər cür yanaşma ola bilər. Burada müəllimlərin inciməsinə səbəb yoxdur. Çünki cəmiyyət bu cür - qarşılıqlı etibar, birgə əməkdaşlıq nəticəsində inkişaf etməlidir”.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
 
 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol