• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya səfiri Quba və Qusarda olub - FOTOLAR

Almaniya səfiri Quba və Qusarda olub  - FOTOLAR
14.03.2017 21:01
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Quba və Qusara səfər edib.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir hər iki rayonun icra başçıları- Yaşar Məmmədov və Şair Alxasovla, eləcədə digər rayon nümayəndələri ilə görüşüb və region ilə tanış olub.

Səfir Qubada xalça sənəti ilə məşhur olan bu bölgənin ən qədim xalça manufakturasını ziyarət edib. Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov səfir Kindsqrabı qəsəbə ətrafında gəzinti zamanı qəsəbənin tarixi və etnik qrupun həyat tərzi ilə əlaqədar məlumatlandırıb. Etnik azlıqların məskunlaşdığı Qusarda da etnik müxtəliflik əsas müzakirə mövzusu olub. Azərbaycanın şimal rayonlarından görünür ki, Qafqazda etnik, mədəni və dini müxtəlifliyi olan etnik qrupların sülh şəraitində birgə yaşayışı mümkündür və Azərbaycanda bu tətbiq olunur.

Səfir Kindsqrab Azərbaycan qış turizminin mayakı olan Şahdağ turizm kompleksində də olub. O, Şahdağ Turizm Mərkəzinin vitse-direktoru Rövşən Cahangirovla kompleksin inkişafı və Azərbaycanın turizm potensialı ilə əlaqədar müzakirə edib. Turizmdən başqa təbii ki, kənd təsərrüfatı da Quba və Qusar regionun ən inkişaf etmiş sahələrindəndir və bu səbəbdən cənab Kindsqrab məşhur Quba almasının dadına baxmya bilməzdi.

Səfərin sonunda səfir Qusarda „OKI" xəstəxanasında olub. Bu xəstəxana təqribən 20 il əvvəl Almaniyanın iştirakı ilə tikilib və buradakı cihazlar əsasən Almaniyadan gətirilib. Qusarın aparıcı klinikalarından olan bu xəstəxana Almaniyanın „yaşlı ekspertlər xidməti" ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində müntəzəm olaraq Almaniyadan gələn həkimlər bu klinikada işləyirlər.

M.Kindsqrab 2016-cı ilin avqust ayından Almaniyanın Bakıdakı səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol