• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi

Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi
28.03.2017 18:00
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun şəriki dövlətlərarası axtarışa verilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytına məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir.
 
A.Kərimov Azərbaycanı tərk etdiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
 
Qeyd edək ki, "Caspian Telekommunications" şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub.
 
Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, "Harley Devidson" markalı motosiklet 12.500 manat, "AKEY" MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quatroporte" markalı avtomobil 155.733.8 manat, "Jaguar XJ" markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.
 
Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telekommunications" şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.
 
RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol