Bərdədə avtomobil süpürgəçi qadını vuraraq öldürüb

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ANN.Az Report-a istinadən xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.
Belə ki, Bərdə rayon Yaşıllaşdırma və Təsərrüfat İdarəsinin işçisi, 1954-cü il təvəllüdlü Məlahət Xanlar qızı Yusifovanı sürücüsü hələlik məlum olmayan "NAZ-Lifan” markalı avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Qəza nəticəsində M.Yusifova ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.ann.az
Son xəbərlər 
İqtisadiyyat 13:00
İqtisadiyyat 11:56
İqtisadiyyat 11:49
İqtisadiyyat 11:42
İqtisadiyyat 11:39
























