• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər yeyintiyə yol verib

Alimlər yeyintiyə yol verib
31.03.2017 22:36
Hesablama Palatası Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı auditinin nəticələrini açıqlayıb. Auidit 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən ümumilikdə 46 390,3 min manat məbləğində vəsaiti əhatə edib.

HP audit nəticəsində bir sıra qanun pozuntuları aşkara çıxarıb. Müəyyən edilib ki, əvvəlki audit tədbirində müxtəlif kitabların alınmasına görə yaranmış debitor borc bağlanılmayıb, 2014-2016-cı illər üçün təqdim olunan büdcə proqnoz layihələrində İdarənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, bir çox xərclər üzrə əvvəlki illərin baza göstəriciləri əsas götürülərək proqnozlar artımla tərtib edilib, bir sıra xərc maddələrinin icra səviyyəsi aşağı olub, "Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri” xərc paraqrafı üzrə mükafat məbləği artıq planlaşdırılıb, büdcədənkənar vəsaitlərin məbləği ildən-ilə artımla proqnozlaşdırılsa da, bu gəlirlər (təhsil haqları), əksinə, az daxil olub.

Tədbirlərin keçirilməsi zamanı müvafiq normalara bəzi hallarda riayət olunmayıb, ilkin təsdiqedici sənədlər tam təqdim edilməyib, işlərin görülməsinə dair aktların məzmunu tədbirlərin xarakterinə uyğun tərtib olunmayıb.

İdarə tərəfindən xərclər smetasında nəzərdə tutulmadığı halda işçilərə xarici dil kursunun keçirilməsinə görə təhsil haqqı ödənilib, Beynəlxalq foruma dəvət olunan qonaqlara ödənilən qonorar məbləği vergiyə cəlb edilməyib, kitabların çapı zamanı artıq xərclərə yol verilib.

Auditlə müəyyən edilib ki, idarədə xidməti minik və yük avtomobillərinə normadan artıq yanacaq silinib, yerinə yetirilmiş təmir işləri üzrə işlərin həcminin artırılması, vəsaitin səmərəsiz xərc edilməsi və eyni zamanda artıq vəsait ödənilməsi hallarına yol verilib.

İşlər İdarəsi tərəfindən maliyyə hesabatları "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilməyib, eləcə də hesabatda əsas vəsaitlərin qalığı artıq göstərilib, bəzən istismar müddətini başa vurmamış inventarlar qalıq dəyəri ilə balansdan silinib, təsərrüfat avadanlıqlarının silinməsi düzgün aparılmayıb, həmçinin auditlə əhatə olunan illərdə İdarənin debitor borcu olub, bir halda alış sənədi üzrə əməliyyatın təkrar icrası nəticəsində debitor borcun məbləği azaldılıb, bəzi hallarda isə mövcud debitor borc qalığı hesabatda düzgün əks olunmayıb.

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə AMEA-nın İşlər İdarəsinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol