• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski"-də yol mayın əvvəlində təhvil veriləcək

"Sovetski"-də yol mayın əvvəlində təhvil veriləcək
07.04.2017 21:43
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində "Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır.
 
 "Azəravtoyol” ASC-dən APA-ya verilən məlumata görə, аrtıq bu çərçivədə işlərin 80 faizi aparılaraq yekunlaşdırılıb. Təzəpir məscidi ətrafındakı yollar 2 zolaqlı, digər yolların isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub.
 
Yenidən qurulan 440 metr uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Uzunluğu 1825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində isə işlərin 90%-i bitib.
 
Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospekt boyunca hazırda genişləndirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də sürətlə işlər davam etdirilir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Füzuli küçəsində də son tamamlanma işləri aparılır. Burda ümumi işlərin 90%-i yekunlaşdırılıb. Mirzəağa Əliyev küçəsində isə asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geri dönmə hissə yaradılır. Artıq burda da işlər bitmək üzrədir. Hazırda bu hissədə asfaltlanma işləri aparılır.
 
Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri, ictimai nəqliyyat üçün 14 ünvanda "cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri tikiləcək. Aparılan işlərin may ayının əvvəllərinə kimi yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və iki növbəli iş qrafiki müəyyən edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol