• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranda daha bir əməliyyat

Nardaranda daha bir əməliyyat
19.04.2017 14:10
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olmuş əməliyyat məlumatı əsasında növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

"ANN”nin Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, bu zaman onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş "Makarov" markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd "F-1" qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək götürülüb.

Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib. Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol