• $
  • €
  • ₽
  • ₺
  • £

Məmurlar həbs edilə bilərlər

Məmurlar həbs edilə bilərlər
20.04.2017 20:16
Səhlənkarlıqdan insan ölümünə səbəb olan vəzifəli şəxslər 7 il azadlıqdan məhrum edilə bilərlər.

Azərbaycanda işinə səhlənkar yanaşan vəzifəli şəxslərin ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda 7 ilədək müddətə azadlıqdan məhrum edilməsi təklif edilir.

ANN.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Hazırda səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq edilir. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə şəxs 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Təklif edilən yeni layihəyə görə, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki, hüquqi şəxslərin hüquqlarına, qanuni mənafelərinə və ya dövlətin, cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda 1500 manatdan 3000 manatadək miqdarda cərimə, yaxud 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri, ya da 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.

Eyni əməllər ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiqi təklif edilir.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol