• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin dayandırdığı tikintinin sərəncamı ləğv edildi – FOTOLAR

Prezidentin dayandırdığı tikintinin sərəncamı ləğv edildi – FOTOLAR
28.05.2020 21:13
Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən "Ovçular evi”nin binası sökülür, hazırda ərazidə söküntü işləri davam edir.

ANN.Az sputnik-ə istinadən xəbər verir ki, ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığı olan dəmir lövhələrlə bağlanıb.

Xatırladaq ki, həmin xəbərdarlıq lövhəsində daha əvvəl "Müvəqqəti narahatlığa görə üzr istəyirik” qeydi və bina tikintisinə dair fotolar əksini tapırdı.

Söküntü işləri aparılan ərazidə özünü Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxsin verdiyi məlumata görə, ərazidə bina sakinlərinin rahatlığını təmin etmək üçün park salınacaq - "Mədəniyyət parkı”. O, park salma prosesinin bir neçə aya başa çatacağını bildirib.

Xatırladaq ki, bir müddət öncə həmin ərazidə "Ovçular evi”nin sökülməsi, ağacların qırılması və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi xəbəri cəmiyyətdə ciddi narazılıqlara səbəb olmuşdu. KİV-də yer alan xəbərlərə görə, orada Milli Məclisin üzvlər üçün yaşayış binası tikiləcəkmiş. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırıldı. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda "Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə 54 ağacı qanunsuz olaraq ağır texnika ilə məhv edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev bildirib ki, Mətbuat prospekti-29 ünvanında "Ovçular evi” İctimai Birliyinin ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı ETSN-in "qaynar xətti”nə aprel ayının 13-də məlumat daxil olub. Nazirliyin əməkdaşları əraziyə baxış keçirib və müəyyən edilib ki, 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 52 ədəd ağac məhv edilib.

"Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrılıb və "A-3 Sənaye Tikinti Korporasiyası” MMC orada tikinti işlərinə başlayıb. Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib” - nazirlik rəsmisi bildirib. 

"Bu səbəbdən də "A-3 Sənaye Tikinti Korporasiyası” MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 760 manat cərimə kəsilib” - Mirzəyev əlavə edib.

Məlum olduğu kimi, yaxın günlərə qədər ərazidə "Ovçular evi” yerləşirdi. Hazırda 30 min üzvü olan cəmiyyətin aqibəti sual altındadır. "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin sədri Fizuli Əşrəfovun bildirdiyinə görə, "Azərovçu”ya paytaxtın Xəqani küçəsində yer verilib: "Vəziyyətlə bağlı daha ətraflı yaxın günlərdə məlumat veriləcək”.
 






www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol