• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sürücülər bu yolda cərimələnməyəcək

Bakıda sürücülər bu yolda cərimələnməyəcək
25.04.2017 08:59
May ayının 12-dən 22-dək paytaxt Bakı şəhəri növbəti mötəbər idman yarışları, İslam oyunlarına ev sahibliyi edəcək. Hazırda Bakı şəhərində yarışların keçirilməsi üçün ciddi hazırlıq işləri görülür. Belə ki yarış zamanı idmançıları daşıyan minik vasitələrinin maneəsiz hərəkət etmələri üçün, paytaxt yollarına sarı zolaqlar çəkilib.

İstiPres "Topxəbər.az" saytına istinadən xəbər verir ki, hazırda sürücülərin bu zolaqlarla hərəkət etmələrinə qadağa qoyulmasa da yarışların başlanmasına bir neçə gün qalmış bu qadağalar haqda ictimaiyyətə elan olunacaq. Lakin sürücülər yollara çəkilən sarı zolaqlarla bağlı yaranan bir sıra suallara cavab axtarırlar. Belə ki, bir tərəfli yolda sarı zolağın çəkilməsi sürücülərə oyunlar zamanı bu yoldan necə istifadə edəcəkləri haqda bir suallar yaradıb.

Mövzu ilə bağlı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışdı. Vaqif m. birtərəfli yola sarı zolaq çəkildiyi təqdirdə qadağa qüvvəyə mindikdən sonra sürücülərin ümumiyyətlə həmin istiqamətdə hərəkətinin məhdudlaşdırılacağını bildirdi. "Hələ ki, qadağalar qüvvədə deyil. Bu zolaqlarla sürücülər sərbəst hərəkət edə bilərlər. Amma İslam Oyunlarına 1-2 gün qalmış qadağalar tətbiq ediləcək və o zaman sürücülərə hər bu zolaqlarla bağlı hər bir nüans ətraflı izah olunacaq. Güman edirəm ki, ondan sonra bu cür qaranlıq məqamlar qalmayacaq. Hal-hazırda isə bu cür xırda məqamlar sürücüləri narahat etməsin. Çünki biz indiyə kimi bir çox mötəbər dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişik. Öz vəzifəmizin öhdəsindən də kifayət qədər alnı açıq çıxmışıq. Sürücülər və Bakı sakinləri arxayın olsunlar ki, bu tədbiri də yüksək səviyyədə həyata keçirəcəyik. Bunun üçün isə şəhərimizin sakinləri, qonaqları, o cümlədən də regionlarda yaşayan vətəndaşlar bizə kömək edib qaydalara riayət etmlidirlər. Belə olsa biz də öz işimizin öhdəsindən uğurla gələrik”.




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol