• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda güclü küləklər intensivləşib

Azərbaycanda güclü küləklər intensivləşib
25.04.2017 20:30
Azərbaycanda küləklərin sürəti azalsa da, intensivliyi və təkrarlanmasında artım müşahidə edilir.

ANN.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, getdikcə güclü küləklər tez-tez təkrarlanır, ölkəyə isti hava kütlələri daha çox daxil olur. Bu da iqlim dəyişmələri ilə əlaqədar proseslərdən biridir: "90-cı ildən sonra küləklərin intensivliyi daha çox qeydə alınır. Məsələn, əvvəllər 10 ildə 2 dəfə güclü külək əsirdisə, indi 10 ildə 4-5 dəfə olur".
 
M.Həsənov əlavə edib ki, son günlər ölkə ərazisində müşahidə edilən güclü küləklər 3-5 ildən bir qeydə alınır: "Bu da ölkəmiz üçün gözlənilməz hadisə deyil. Keçid fəsli olan yazda atmosfer təzyiqi ərazilər arasında tez-tez dəyişdiyindən belə küləklər 3-5 ildən bir baş verir. Güclü küləklər 3 gün, maksimum 5 gün ərzində davam edir. Sonradan küləyin sürəti azalır və hava tədricən öz əvvəlki vəziyyətinə qayıdır".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol