• $
  • €
  • ₽
  • ₺
  • £

Abid Şərifov: Bakıda bu evlər söküləcək

Abid Şərifov: Bakıda bu evlər söküləcək
02.05.2017 13:46
Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Bakıda yerləşən "Xruşşovka” tipli beton yaşayış binalarının sökülüb-sökülməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

"ASAN radio”nun "QəbuldASAN” verilişində Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə ilk növbədə mikrorayon ərazilərində yerləşən beton binaların sökülməsi ilə bağlı pilot layihə hazırlandığını vurğulayan Baş nazirin müavini deyib ki, buna səbəb mikrorayonlarda bu cür yaşayış binalarının nöqsanlı tikilməsidir:

"Çünki belə evlərdə yaşayan insanların əksəriyyəti xəstədir. Ona görə də ilk növbədə beton evlər sökülməlidir. Əsas məsələ insanların sağlamlığını düşünməkdir. Lakin yaxın müddətdə mikrorayonlardan kənarda olan belə yaşayış evlərinin sökülməsi nəzərdə tutulmur”.

A.Şərifov qeyd edib ki, Montin qəsəbəsində beton binalar olmadığından orada hansısa söküntünün aparılması gündəmdə deyil.

Beton evlərin insanların həyatı üçün çox ciddi təhlükə mənbəyi olduğunu deyən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova hesab edir ki, sadəcə mikrorayonlardakı yox, bütün ərazilərdəki beton evlər sökülməlidir.

Panel evlərdə yaşayan insanların əksəriyyətinin səhhətində ciddi problemlər olduğunu qeyd edən memarın sözlərinə görə, o evlərdə yaşayan insanların çoxu revmatizm, böyrək ağrıları kimi xəstəliklərdən əziyyət çəkir:

"Həm də ki, beton evlər çox soyuq olur. Yay aylarında isə temperatur yüksəldikcə, istidən orada qalmaq çətinləşir”.

Bakının havasının rütubətli olduğunu deyən Z.Budaqovanın sözlərinə görə, şəhər dənizin kənarında yerləşdiyi üçün rütubətin səviyyəsi çoxdur, atmosfer təzyiqi yüksəkdir:

"Mən bu evlərin sökülməsini Elçibəyin vaxtında təklif eləmişdim ki, bu binalar sökülüb, yenilənməlidir”.

Memar xanımın sözlərinə görə, mikrorayonlardakı "Xruşşovka”ların əvəzinə tikilən çoxmərtəbəli binalar şəhərsalmanın qaydalarına uyğun inşa ediləcəyi halda müsbət qiymətləndirilə bilər:

"Binalar yerin ağırlıqgötürmə qabiliyyətinə hesablanaraq tikilməlidir. Tikinti aparılarkən bu xüsusiyyətlər nəzərdən qaçmamalıdır. Torpağı həddindən artıq yükləyəndə fəsadları da çox olur”.

Z.Budaqovanən sözlərinə görə, bina tikintisi zamanı yol verilən ən böyük problemlərdən biri də binalar arasındakı məsafənin yox səviyyəsində olmasıdır:

"Evlər, binalar arasında hədsiz qısa məsafələr qoyurlar. Bunlar şəhərsalma qanunlarına tamamilə ziddir. Hündürmərtəbəli binaların tikintisinin də öz normativləri var. Şəhərsalma qaydalarına görə, binalar arasındakı məsafə iki binanın hündürlüyünün yarısı qədər olmalıdır. Bizdə isə vəziyyət dəhşətdir. Demək olar, bütün yaşayış binalarının sağı-solu, önü, arxası əlavə tikililərlə bağlanıb. "Xruşşovka”lar hər nə qədər təhlükəli olsalar da, onlar arasındakı məsafələr hündürlüklərinə uyğun hesablanıb. Ümid edirəm ki, onların yerinə tikiləcək hündürmərtəbəli binaları bir-birinin içində tikməyəcəklər”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol